SimensinQafqaz səfərləri“ Azərbaycan dilində

 

   Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə Verner fon Simensin Qafqaza səyahət xatirələri Azərbaycan dilində nəşr olunub. “Qafqaz səfərləri“ adlanan əsəri alman dilindən Frankfurt Sülh Araşdırmaları İnstitutunun elmi əməkdaşı Azər Babayev tərcümə edib. Kitab Azərbaycan tarixşünaslığına töhfə, xüsusən də bölgələrimizin tarixini öyrənmək üçün əhəmiyyətli mənbədir.

   Elektrotexnikanın yaradıcısı kimi dünyada məşhur olan Simens AG-nin qurucusu Verner fon Simens qardaşları Karl və Valterlə birlikdə Gədəbəydə mis hasilatı ilə məşğul olub, bu diyarı “cənnətməkan” adlandırıb. Verner fon Simens həyat xatirələrini 1889-1892-ci illərdə qələmə alıb. “Ömür xatirələri” adlı əsərində o, 1865, 1868 və 1890-cı illərdə Gədəbəyə səfərləri zamanı rəhbərlik etdiyi firmanın dağ-mədən fəaliyyətindən, başına gəlmiş çox maraqlı hadisələrdən söhbət açıb. Əsərdə Verner fon Simensin Gədəbəyin təbiətini və yerli əhalisini ən gözəl sözlərlə tərənnüm etməsi diqqəti cəlb edir.

 

Mədəniyyət.- 2013.- 2 oktyabr.- S. 10.