Avropanın kitabxana rəhbərləri Moskvada
görüşəcək
Xəbər verdiyimiz kimi, sentyabrın
24-25-də Azərbaycan Milli Kitabxanasının
90 illik yubiley tədbirləri
çərçivəsində Bakıdakı “Park İnn” hotelində Avropa Milli Kitabxanaları
Konfransının (CENL) 27-ci illik görüşü keçirilib.
Milli Kitabxanadan verilən məlumata görə,
iclasın sonunda CENL-in
növbəti, 28-ci görüşünün
gələn il Moskva
şəhərində keçirilməsi qərara
alınıb. İclasda həmçinin CENL-in növbəti prezident
və icraçı komitəsinin seçkiləri təxminən
il yarım müddətinə təxirə
salındığı bildirilib. 2017-ci il üçün görüşün Türkiyədə
keçirilməsi təklifinə baxılacağı elan olunub. Azərbaycan Milli Kitabxanasının direktoru
Kərim Tahirov CENL-in
32-ci görüşünün 2018-ci ildə
Azərbaycanda keçirilməsi təklifini irəli sürüb.
Mədəniyyət.- 2013.- 2
oktyabr.- S. 10.