Beynəlxalq festivala “Aida” operası ilə yekun vurulub

 

   Heydər Əliyev Fondunun, Mədəniyyət Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının sonuncu günü - sentyabrın 28-də Filarmoniyada Azərbaycan Dövlət Kamera Orkestri geniş konsert proqramı ilə çıxış edib. Solistləri violin ifaçıları Ceyla Seyidova Daniel Tağıyev olan konsertdə xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib. Orkestrin bədii rəhbəri baş dirijoru Xalq artisti Teymur Göyçayevdir.

   Festivalın son konsert proqramında isə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında GUAM ölkələri solistlərinin iştirakı ilə dahi italyan bəstəkarı Cüzeppe Verdinin dördpərdəli “Aida” operası təqdim edilib. Bəstəkarın 200 illik yubileyi münasibətilə hazırlanan tamaşanın dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov olub. Rolları Ukraynanın Əməkdar artisti Viktoriya Çenskaya, Azərbaycanın Xalq artisti Əli Əsgərov, Əməkdar artist Səbinə Vahabzadə, Gürcüstanın Xalq artisti, professor Teymuraz Ququşvili başqaları ifa ediblər.

 

Mədəniyyət.- 2013.- 2 oktyabr.- S. 12.