Qazaxıstanda türkdilli xalqların mədəniyyət
festivalı
Qazaxıstanın Petropavlovsk şəhərində türkdilli xalqların mədəniyyət festivalı keçirilib. Festivalda Şimali Qazaxıstan vilayətində yaşayan Azərbaycan, qırğız, uyğur, tatar, özbək və digər türkdilli xalqların milli mədəniyyət mərkəzləri iştirak edib. Tədbirin məqsədi türkdilli xalqların mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olmaq, ortaq maddi və mənəvi sərvətlərin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılması, həmçinin türkdilli xalqlar arasında əlaqələrin genişlənməsi olub.
Festivalda
Şimali Qazaxıstan vilayətindəki
Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində
fəaliyyət göstərən musiqi
kollektivləri mahnı və rəqslərimizi ifa edib, milli
geyimlərimiz nümayiş etdirilib.
Mədəniyyət.- 2013.- 2
oktyabr.- S. 15.