Azərbaycan nümayəndə heyəti
Çexiyada film festivalında
Tədbirdə gələn ay Bakıda
keçiriləcək turizm
filmləri festivalı
ilə bağlı təcrübə mübadiləsi
aparılacaq
Oktyabrın 3-də Çex Respublikasının
Karlovı Varı şəhərində “Karlovy Vary Tourfilm" beynəlxalq festivalı başlanıb.
Oktyabrın 5-dək davam edəcək
festivalda Azərbaycan Respublikası mədəniyyət
və turizm nazirinin müavini Nazim Səmədov və nazirliyin Kinematoqrafiya şöbəsinin
müdiri Cahangir Məmmədov iştirak edir.
Tədbirdə
iştirakın əsas
məqsədi bu il 20-25 noyabr
tarixində Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
ilk dəfə keçiriləcək
Bakı Beynəlxalq Turizm Filmləri Festivalı ilə bağlı təcrübə
mübadiləsi aparmaq
və digər turizm festivallarının nümayəndələri ilə
əlaqələrin qurulmasıdır.
Bakı Beynəlxalq Turizm
Filmləri Festivalı
turizmin müxtəlif
sahələrinə həsr
olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmləri aşkara çıxarmaq, onların
müəlliflərini həvəsləndirmək
məqsədilə keçirilir.
Festival eyni zamanda
tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən
olan Azərbaycanın
turizm potensialına diqqət cəlb etməyi qarşıya məqsəd qoyub.
7 kateqoriyada
keçiriləcək festivalda
hər kateqoriya üzrə I, II və III yerlərə layiq görülən filmlərə
priz və pul mükafatları veriləcək. Ən yaxşı
film Qran pri mükafatı ilə təltif olunacaq.
Qeyd edək ki, festivalın seçim komitəsinə 41 ölkədən
250 film daxil olub.
Ekran əsərləri kinematoqrafçılardan,
həmçinin səyahət
və turizm ekspertlərindən ibarət
7 nəfərlik beynəlxalq
münsiflər heyəti
tərəfindən seçiləcək.
Festivalda
müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə
yanaşı, seminarlar, müzakirələr,
film müəllifləri ilə turizm mütəxəssisləri və media təmsilçiləri arasında
mübadilələr də həyata keçiriləcək.
Mədəniyyət.- 2013.- 4
oktyabr.- S. 2.