Gənclər arasında musiqi müsabiqəsinə yekun vurulub

 

   Oktyabrın 3-də Xan Şuşinksi Fondunun təşkilatçılığı ilə məktəbli və gənclər arasında milli musiqi müsabiqəsinin yekun turu keçirilib. Müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, Xan Şuşinski Fondunun təşkilatçılığı ilə “Məktəbli və gənclər arasında milli musiqiyə marağın artırılması” layihəsi çərçivəsində gerçəkləşib. Müsabiqənin yekun turunda 11 istedadlı gənc birincilik uğrunda mübarizə aparıb.

 

Mədəniyyət.- 2013.- 4 oktyabr.- S. 2.