Turan Cavidin xatirəsi anılıb

 

   Oktyabrın 2-də böyük şair-dramaturq Hüseyn Cavidin qızı Turan Cavidin 90 illik yubileyi münasibətilə ədibin ev-muzeyində elmi sessiya keçirilib. “Turan Cavid teatrşünas, muzeyşünas, mətnşünas kimi” adlı tədbiri giriş sözü Hüseyn Cavidin ev-muzeyinin direktoru Gülbəniz Babaxanlı açıb.

   Bildirib ki, Turan Cavid nəcib, sadə, mərd xanım idi, bütün ömrünü atasının, qardaşının xatirəsini yaşatmağa, onların əlyazmalarını, əsərlərini qoruyaraq günümüzə çatdırılmasına həsr etmişdi. Qeyd olunub ki, Turan Cavid 1991-ci ildən 2004-cü ilədək Hüseyn Cavidin ev-muzeyinə rəhbərlik edib. Bu dövrdə o, ədibin sovet dövründə çap olunan 4 cildlik “Əsərləri” üzərində redaktə işləri apararaq yenidən onları bərpa edib. Hüseyn Cavidin 5 cildliyini tərtib edərək çapa hazırlayıb.

 

Mədəniyyət.- 2013.- 4 oktyabr.- S. 4.