“Sirli
bənövşə”nin təqdimatı
Beynəlxalq Mətbuat Mərkəzində “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin təşkilatçılığı ilə “Ziyalı ünsiyyəti” layihəsi çərçivəsində növbəti görüşdə “Sirli bənövşə” filminin təqdimatı olub.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” studiyasında çəkilmiş filmin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Şamil Nəcəfzadədir.
İctimai Birliyin sədri Solmaz Əmirli görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinə həsr edilmiş sənədli filmin bədii xüsusiyyətlərindən və yaradıcı heyətindən söhbət açıb.
32 dəqiqəlik filmin ssenari müəllifləri Əməkdar incəsənət xadimi Sara Oğuz və Şamil Nəcəfzadə, bəstəkarı Cahangir Zülfüqarov, operatoru Nizami Abbasdır.
Film rus və ingilis dillərinə tərcümə
edilib. Görüş iştirakçıları film
haqqında fikir mübadiləsi aparıblar.
Mədəniyyət.- 2013.- 4 oktyabr.- S. 5.