Tbilisidə Azərbaycan gecəsi

 

   Tbilisi şəhərinin qədim məhəllələrindən birində, azərbaycanlı adamına məxsus şadlıq sarayında Gürcüstan Mədəniyyət Abidələrin Mühafizəsi Nazirliyinin təşəbbüsü, “Dialoq inkişaffondunun təşkilatçılığı iləAzərbaycan gecəsikeçirilib.

   Gecədə milli mətbəximiz, rəqslərimiz mahnılarımız nümayiş etdirilib. Bakıdan gəlmiş pianoçu Nizami Əliyevin ifaları, “Sarı gəlinritmləri altında rəqs başqa musiqi nömrələri iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Gürcüstan mədəniyyət abidələrin mühafizəsi nazirinin məsləhətçisi Georgi Gegeçkori belə maraqlı gecənin təşkilatçılarına minnətdarlığını bildirib Gürcüstanda Azərbaycan mədəniyyətinin təbliği istiqamətində gələcəkdə buna bənzər tədbirlərin dəstəklənəcəyini vurğulayıb.

   

Mədəniyyət.- 2013.- 4 oktyabr.- S. 6.