Moskvada Tamara Sinyavskayanın yubileyi qeyd edilib
Oktyabrın 1-də
Rusiya Dövlət Akademik Böyük Teatrında məşhur
opera müğənnisi, SSRİ-nin və Azərbaycanın
Xalq artisti, dünya şöhrətli
musiqiçi Müslüm
Maqomayevin ömür-gün
yoldaşı Tamara Sinyavskayanın
70 illik yubileyi münasibətilə tədbir
keçirilib. Tamara Sinyavskaya Rusiyanın bu ən məşhur
səhnəsində 40 ilə
yaxın çıxış
edib.
Yubiley gecəsində Böyük
Teatrın kollektivi müğənninin şərəfinə
“Boris Qodunov” tamaşasını
göstərib. Vaxtilə Tamara Sinyavskaya bu operada Marina Mnişek partiyasını çox parlaq ifa edib.
Tamaşa başlanmazdan əvvəl
Tamara Sinyavskayanın yaradıcılığından
ayrı-ayrı epizodların
toplandığı videoçarx
nümayiş etdirilib.
Sonra Rusiya Dövlət Duması sədrinin müavini Lyudmila Şvetsova
və teatrın baş direktoru Vladimir Urin aktrisanı təbrik ediblər.
V.Urin deyib: “Bu videoçarxda
Tamara Sinyavskayanın son dərəcə
maraqlı yaradıcılıq
taleyinin, görkəmli
müğənninin Böyük
Teatr səhnəsində
gördüyü işlərin
yalnız az bir qismi toplanıb.
Mən fəxr edirəm ki, bu gün
burada onun kimi məlahətli və gözəl qadının yanında dayanmışam”.
Lyudmila Şvetsova
qeyd edib ki, Tamara Sinyavskayanın bütün dünyada məşhurlaşmasına, milyonlarla
tamaşaçının sevgisini
qazanmasına səbəb
onun bir insan kimi cəlbedici
olmasıdır: “Bu gün
biz böyük müğənninin,
öz yaradıcılığı
ilə bütün dünyada hörmət və məhəbbət qazanmış gözəl
qadının yubileyini
qeyd edirik. O, səhnədə çoxlu
müxtəlif obrazlar
yaratmışdır. Lakin bütün
bu obrazlara xas olan bir
ümumi cəhət var - aktrisanın böyük məlahəti.
O, məhz bu məlahəti yaratdığı
hər bir obraza bəxş edib. Biz sizin
istedadınıza heyranıq”.
Tamara Sinyavskaya
tamaşaçıların gurultulu alqış sədaları altında mikrofona yaxınlaşaraq,
tədbirə toplaşanların
hamısına təşəkkürünü
bildirib: “Sağ olsun Böyük Teatr. Bura mənim doğma
evimdir, mən onu heç vaxt dəyişməmişəm
və dəyişmərəm.
Bu teatrı ona
görə sevirəm
ki, bu məşhur
səhnədə çıxış
etmiş bütün böyük müğənnilərin
səsləri burada indiyə qədər eşidilir. İstərdim ki, mənim
də səsim onun divarlarında qalsın və uzun müddət burada yaşasın”.
Xatırladaq ki,
Prezident İlham
Əliyevin sərəncamı ilə SSRİ-nin
və Azərbaycanın Xalq artisti Tamara Sinyavskaya “Dostluq” ordeni ilə təltif edilib.
Müğənni bu yüksək təltifə
Azərbaycan mədəniyyətinin
populyarlaşdırılması sahəsində xidmətlərinə
görə layiq görülüb.
Mədəniyyət.- 2013.- 4
oktyabr.- S. 7.