Fransalı musiqiçilər maestronun
ev-muzeyində olublar
V Üzeyir Hacıbəyli Beynəlxalq
Musiqi Festivalı günlərində L. və
M.Rostropoviçlərin ev-muzeyi
də bir sıra tədbirlərə
ev sahibliyi
etdi.
Sentyabrın
25-də Azərbaycan Bəstəkarlar
İttifaqının sədri,
professor Firəngiz Əlizadə,
Əməkdar artist, violonçelist
Aleksey Miltıx, festivalda
iştirak edən Fransanın “Utopik” qrupunun üzvləri - violonçelist Fransua Jerar, pianoçu Lüdovik Frokot, fleyta ifaçısı
Gilles de Tolet, vokalçı
Laura Delkamp muzeyin qonağı oldular. Qonaqlar muzeyin ekspozisiyasına baxdılar, F.Əlizadəyə
və M.Rostropoviçə
həsr olunmuş slayd-şouya, M.Rostropoviçin
Bakıya səfərlərindən
hazırlanmış sənədli
filmə tamaşa etdilər.
Qonaqlardan violonçelist F.Jerar,
pianoçu L.Frokot muzeyin səhnəsində
musiqi parçaları
ifa etdilər. Violonçelist F.Jerarın ifa
etdiyi “Oyan” əsəri Azərbaycanda
ilk dəfə L. və
M.Rostropoviçlərin ev-muzeyində
səsləndi. Bu da təsadüfi deyildi. Bu əsəri
F.Əlizadə maestronun
müraciəti ilə
Fransada keçirilən
M.Rostropoviç adına beynəlxalq müsabiqə üçün
yazmışdır. M.Rostropoviç
F.Əlizadənin yaradıcılığı,
xüsusilə də violonçel musiqisi ilə tanış
olduğuna görə
bəstəkara belə
bir əsər yazması üçün
müraciət etmişdi.
Violonçelist F.Jerar həmin
müsabiqənin iştirakçılarından
və əsərin
ilk ifaçılarındandır. Bu səbəbdən də o, muzeyin səhnəsində əsəri
böyük məmnuniyyətlə
ifa etdi. Muzeyin ekspozisiyasında F.Əlizadənin
“Oyan” əsəri nümayiş olunur. Əsərin
üzərində bəstəkarın
ürək sözləri
və avtoqrafı var.
Vüsalə
Nəsrullayeva,
L.və M.Rostropoviçlərin ev-muzeyinin elmi işçisi
Mədəniyyət.- 2013.- 4
oktyabr.- S. 10.