Qeyri-neft sektorunun inkişafı
prioritet məsələdir
“Hazırda qoyulan investisiyalar, inkişaf üçün
yeni istiqamətlər
gələcək illərdə
də qeyri-neft sektorunun yüksək templə inkişafını
təmin edəcəkdir”
Oktyabrın 6-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunan iclası keçirilib.
Cari ilin ötən müddətinin ölkəmiz
üçün uğurlu
olduğunu və qarşıda duran bütün vəzifələrin
icra edildiyini deyən Prezident İlham Əliyev bildirib ki, bu
dövrdə bütün
makroiqtisadi göstəricilər
yüksək səviyyədə
olub, iqtisadiyyat 5,4 faiz, qeyri-neft
sektoru isə 10,4 faiz artıb və bu, dünya
miqyasında ən yüksək göstəricidir:
“Eyni zamanda, bu göstərici ona dəlalət edir ki, ölkə
iqtisadiyyatı artıq
bundan sonra da öz uğurlu
inkişafını təmin
edəcəkdir. Çünki
hazırda qoyulan investisiyalar, yaradılan yeni iş yerləri,
inkişaf üçün
hazır olan yeni istiqamətlər, sənaye istehsalının
yeni istiqamətləri,
əminəm ki, gələcək illərdə
də qeyri-neft sektorunun yüksək templə inkişafını
təmin edəcəkdir.
Beləliklə, Azərbaycan iqtisadiyyatı
neft-qaz amilindən asılılığını gələcəkdə tamamilə
aradan götürəcəkdir.
Eyni zamanda, əlbəttə ki, qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin
nəticəsidir. Çünki mən bu məsələlərlə
bağlı fikirlərimi
mütəmadi qaydada bildirirəm və qeyd edirəm ki, iqtisadi sahədə
əsas prioritet məsələ qeyri-neft sektorunun inkişafıdır.
Biz buna da nail ola bilmişik və 10,4 faiz
artım bunun gözəl göstəricisidir”.
Dünya İqtisadi Forumunun hesablamalarına görə,
Azərbaycan iqtisadiyyatı
rəqabət qabiliyyətliliyinə
görə 39-cu yerdə
qərarlaşıb. Bu ilin doqquz ayında Azərbaycan iqtisadiyyatına
17,7 milyard dollar investisiya qoyulub ki, bunun 10,5 milyard dolları daxili, 7,2 milyard dolları isə xarici sərmayələrdir.
Bu dövrdə valyuta
ehtiyatları artıb
və hazırda 49,4 milyard dollar təşkil edir. Adambaşına düşən valyuta
ehtiyatlarına görə
Azərbaycan dünya miqyasında ön sıralardadır.
Prezident qeyd edib ki,
doqquz ayda əhalinin sosial problemlərinin həlli istiqamətində mühüm
addımlar atılıb,
müvafiq proqramlar icra edilib. Regionların
inkişafı ilə
bağlı bütün
hədəflərə nail olunub. Prezident müsbət inkişaf
dinamikasının qorunması
ilə bağlı tədbirlərin bundan sonra da davam
etdirilməsinin vacib olduğunu deyib. İlin sonuna qədər dövlət investisiya proqramı icra olunmalı, makroiqtisadi sabitlik qorunmalı, süni qiymət artımına yol verilməməlidir: “Bu
il ikinci regional inkişaf proqramı başa çatır. Bu proqramların qəbul
edilməsi bölgələrdə
mövcud vəziyyətin
yaxşılaşdırılmasında müstəsna rol oynamışdır. İş yerlərinin
açılması, yeni
sənaye müəssisələrinin
yaradılması, bölgələrdə
infrastruktur layihələrinin
icrası, o cümlədən
sosial infrastrukturun yaradılması bir neçə ciddi məsələnin həllinə
gətirib çıxarmışdır.
Bölgələrdə iş
yerləri açıldı.
Bölgələr canlandı”.
Gələn il regionların inkişafı
ilə bağlı üçüncü Dövlət
Proqramının qəbul
ediləcəyini deyən
Prezident İlham Əliyev sənəddə
bölgələrin bütün
sosial və iqtisadi problemlərinin həlli ilə bağlı məsələlərin
əks olunacağını
bildirib.
Prezident vurğulayıb ki, son 10 ildə Azərbaycan
iqtisadiyyatı 3,4 dəfə artıb. Bu
dövrdə ölkəmizə 150 milyard dollar investisiya qoyulub, büdcə xərcləri 20 dəfə
çoxalıb. Pensiyalar 10 dəfə, maaşlar 6 dəfə artıb. Son 10 ildə Azərbaycanda 2708 məktəb,
500-ə yaxın tibb müəssisəsi tikilib və ya təmir edilib, 35 olimpiya idman kompleksi inşa olunub: “Bu illərdə bizim şəhərlərimiz
abadlaşıb, gözəlləşib. Bakı artıq
dünyanın ən gözəl şəhərlərindən
biri kimi
tanınır. Paytaxtımız ölkəmizdə gedən bu quruculuğun,
inkişafın, abadlaşmanın simasıdır və Azərbaycanın
uğurlu inkişafını təcəssüm
etdirir”.
Mədəniyyət.- 2013.- 9
oktyabr.- S. 2.