İrina Bokova ikinci müddətə UNESCO-nun baş direktoru seçilib

 

Oktyabrın 4-də Parisdə, UNESCO-nun baş qərargahında keçirilən seçkilərdə İrina Bokova növbəti dörd il müddətinə bu qurumun rəhbəri seçilib. Bolqarıstan təmsilçisi UNESCO-nun İcraiyyə Şurasının üzvü olan 58 ölkədən 39-nun dəstəyini qazanıb. Baş direktor vəzifəsinə İrina Bokovadan başqa Cibutidən Rəşəd Faranın və livanlı Cozef Mailanın namizədliyi də irəli sürülmüşdü. İcraiyyə Şurasının üzvləri İrina Bokovanı ikinci dəfə qurumun baş direktoru vəzifəsinə seçilməsi münasibətilə təbrik ediblər.

 

Mədəniyyət.- 2013.- 9 oktyabr.- S. 5.