Bakı Xoreoqrafiya Məktəbinin şagirdləri beynəlxalq
festivalda
Bakı
Xoreoqrafiya Məktəbinin şagirdləri Belqrad şəhərində
keçirilən “Avropanın sevinci” beynəlxalq uşaq
festivalında iştirak etmək məqsədilə oktyabrın
1-dən 6-dək Serbiyada səfərdə olublar. Festivalda 17
ölkənin uşaq rəqs kollektivləri iştirak edib.
Belqrad şəhərindəki
“Sava” mərkəzində keçirilən
konsertdə azərbaycanlı uşaqların təqdim etdikləri
rəqs nömrələri alqışlarla
qarşılanıb. Festivalın təsisçisi xanım Donka Şpiçak 1969-cu
ildən ənənəvi olaraq
keçirilən tədbirdə azərbaycanlı şagirdlərin
ilk dəfə iştirak
etməsindən məmnun olduğunu bildirib.
Mədəniyyət.- 2013.- 9
oktyabr.- S. 5.