"Qərb və Şərqin qapısı"

 

Xəbər verdiyimiz kimi, Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistan mətbuatında ölkəmiz haqqında məqalə müsabiqəsi elan edib. "Azərbaycan", "Heydər Əliyev" və "Azərbaycan mədəniyyəti" nominasiyalarında elan edilən müsabiqə ilə bağlı yerli mətbuatda məqalələr dərc edilməyə başlanıb. Jurnalist Şuxrat Sattarov "Kitab dünyası" qəzetinin 25 sentyabr tarixli nömrəsində "Qardaşım-qəlbdaşım" bölməsində dərc etdirdiyi "Qərb və Şərqin qapısı" sərlövhəli məqaləsi də bu qəbildəndir. Məqalədə Azərbaycanın uğurlarından, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasından bəhs edilir.

 

Mədəniyyət.- 2013.- 9 oktyabr.- S. 5.