“İpək Yolunda türk dünyasının ortaq mədəni irsi

 

Türkiyə Prezidenti Administrasiyasının dəstəyi ilə Türk Ocaqları Təşkilatının baş ofisində “İpək Yolunda türk dünyasının ortaq mədəni irsi” mövzusunda konfrans keçirilib.

Konfransda çıxış edən Türkiyə Prezidenti Administrasiyasının baş katibi, professor Mustafa İsen bildirib ki, oktyabrın 3-ü Türk Günü kimi geniş şəkildə qeyd olunur. Onun sözlərinə görə, gələn il türkdilli ölkələrin liderlərinin toplantısında başlıca mövzu türk dünyasında turizm potensialı olacaq.

Oktyabrın 29-da İstanbuldaMarmaray” dənizaltı dəmiryolu xəttinin açılışı olacağını diqqətə çatdıran M.İsen vurğulayıb ki, növbəti il Bakı-Tbilisi-Qars dəmiryolunun da istifadəyə verilməsi ilə türkdilli ölkələrin regionda mövqeyi daha da güclənəcək.

Türk Ocaqları Təşkilatının sədri, professor Mustafa Öz çıxışında bildirib ki, bu il avqustun 16-da Azərbaycanda keçirilmiş türkdilli ölkələrin dövlət başçıları sammitinin qərarlarının həyata keçirilməsi iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlığa təkan verəcək.

TÜRKSOY baş katibinin müavini Fırat Purtaş isə təşkilatın fəaliyyətindən, türk dünyası mədəni irsinin qorunması və təbliği sahəsində həyata keçirilən layihələrdən ətraflı bəhs edib.

 

Mədəniyyət.- 2013.- 9 oktyabr.- S. 6.