Gəncədə
Məhsəti Gəncəvinin yubileyinə hazırlıq davam
edir
Bu il görkəmli Azərbaycan şairi və mütəfəkkiri Məhsəti Gəncəvinin 900 illik yubileyi respublikamızda, eləcə də UNESCO-nun qərarı ilə beynəlxalq səviyyədə qeyd olunur. Şairənin doğma vətəni Gəncədə də yubileyə geniş hazırlıq işləri görülür.
AMEA-nın Gəncə Bölməsinin elmi
işlər üzrə direktor müavini Samir Pişnamazzadə
bildirib ki, Misirin İsgəndəriyyə Kitabxanasından, digər
xarici ölkə kitabxanalarından çoxlu sayda əlyazma,
miniatür, şairə haqqında yazılan kitablar gətirilib.
Bundan əlavə, britaniyalı şərqşünas-alim Pol
Smitin Məhsəti Gəncəvi haqqında 6 monoqrafiyası Gəncəyə
gətirilərək 4 kitab şəklində ingilis və Azərbaycan
dillərində nəşr edilib. Bu əsərlərdə Məhsəti
rübailərinin şərhi, şairənin
yaşadığı dövr, bu dövrdə Gəncə
tarixindən maraqlı oçerklər verilib. Şairənin
yubileyinə hazırlıq işləri çərçivəsində
Məhsəti Muzeyində də tamamlanma işləri
görülür.
Mədəniyyət.- 2013.- 9
oktyabr.- S. 6.