Mingəçevir teatrındaMən səni sevirəm

 

Yazıçı-dramaturq Əli Əmirlinin adı Azərbaycan teatrsevərlərinə yaxşı tanışdır. Onun bir çox dram əsərlərinə müraciət edən sənət ocaqları arasında Mingəçevir Dövlət Dram Teatrı da var.

Teatr müasir dramaturqumuzunKişi qadın” (rejissor Sərvər Əliyev), “Onun iki qabırğası” (rejissor İsa Alimov) əsərlərinə yeni quruluş verərək bol tamaşaçı alqışı qazanmağa nail olub.

Bu günlərdə Mingəçevir Dövlət Dram Teatrı Əməkdar incəsənət xadimi, istedadlı rejissor Bəhram Osmanovun quruluşunda Əli ƏmirlininMən səni sevirəmikihissəli dramını tamaşaçılara təqdim edərək yeni mövsümü açdı. Dövlət sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rəssamı Sevinc Həsənovadır. Rəssam təqdim etdiyi eskizlərdə əsərin mövzusuna uyğun - məktəb həyatı atmosferi yaratmağa nail olub. Rəqslərin quruluşu Gənc Tamaşaçılar Teatrından dəvət olunmuş Vüsal Mehrəliyevə məxsusdur.

Mən səni sevirəmritmik musiqi sədaları altında şagirdlərin rəqsləri ilə başlayır. Şagirdləri Mingəçevir Dram Teatrının nəzdində fəaliyyət göstərənİnamteatr studiyasının məzunları oynayırlar. Marlen (Hüseyn Mustafayev), Reyhan (Fəridə Məmmədova), Lalə (Pərvanə Qurbanova), Nazi (İlahə Bayramova), Səməd (Amil Fərzəliyev), Tofiq (İlqar Rəhimov) rollarının ifaçıları peşəkar səhnədə Əməkdar artist Ela Yaqubova, Afət Əliyeva, Asim Məmmədov Ceyhun Əhmədovla birgə yer alıblar.

Maraqlı mizanlar işıq effektləri ilə zəngin tamaşada Mələk rolunun ifaçısı Xalidə Əliməmmədovanın yaşadığı həyat yoluna üsyan xarakterli monoloqu, Elmira İbrahimova Ruhəngiz Abdullayevanın Səkinə Zümrüd obrazlarını səmimi canlandırması əsərin uğurlu elementlərindəndir.

Səhnə əsərinin nümayişi zamanı tamaşaçı kontingentinin əksəriyyətini gənclərin təşkil etməsi Mingəçevirdə teatra marağın artmasından xəbər verir. Bu isə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Həsən Həsənovun rəhbərliyi ilə kollektivin uğuru deməkdir. Premyeradan sonra zalı tərk edən teatrsevərlərdən yalnız təşəkkür və razılıq hissi sezilirdi. Beləliklə, Mingəçevir Dövlət Dram Teatrının repertuarına yeni bir tamaşa əlavə olundu: Ə.Əmirli, “Mən səni sevirəm”. Mingəçevirli sənətsevərlər doğma teatrdan yeni premyeralar, uğurlu tamaşalar gözləyir.

 

Mədəniyyət.- 2013.- 9 oktyabr.- S. 7.