“Mənim məhəbbətim
Azərbaycan!”
Riqa Pedaqoji Cəmiyyətində latviyalı fotorəssamların işlərindən ibarət “Mənim məhəbbətim Azərbaycan!” adlı sərgi keçirilib. Tədbirdə çıxış edən latviyalı foto ustaları, mədəniyyət xadimləri dünyanın sürətlə inkişaf edən şəhərlərindən biri olan Bakının memarlığı və bənzərsiz koloriti haqqında təəssüratlarını bölüşüblər.
Latviya prezidenti yanında Milli Azlıqların Məsələləri
üzrə Məşvərət Şurasının sədri,
pedaqoji elmlər doktoru
Roman Əliyev Azərbaycanın sürətli
iqtisadi və sosial
inkişafı barədə danışıb, ölkəmizin
Avropa ilə iqtisadi və
mədəni əlaqələrinin möhkəmlənməsində
maraqlı olduğunu diqqətə
çatdırıb. Sonra qonaqlar
sərgi ilə tanış olublar.
Mədəniyyət.- 2013.- 9
oktyabr.- S. 12.