Qarabağ xalçaları”: kitab-kataloq çapdan çıxıb

 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin “Qarabağ xalçaları” kitab-kataloqu işıq üzü görüb. Kitabın elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, mətnin müəllifi muzeyin etnoqrafiya fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovadır.

Kataloqda Qarabağ xalçalarının tarixçəsi barədə müfəssəl söz açılıb. “Qarabağda yun ipin xalq üsulu ilə boyanması” bölməsində indiyədək az məlum olan boyama məhlul və üsulları barədə məlumat yer alıb. Tədqiqata cəlb olunan xalçaların boya tərkibinin analizini Türk Kültür Vəqfinin vəsaiti hesabına Mərmərə Universitetinin əczaçılıq fakültəsinin professoru Rəcəb Qaradağprofessor Türkan Yurdun həyata keçiriblər.

Kataloq muzeyin kolleksiyasına daxil olan 150-yə yaxın Qarabağ xalçaxalça məmulatı (məfrəş, xurcun, heybə və s.) haqqında məlumatı əhatə edir. Hər eksponatın rəngli fotoşəkli ilə bərabər onun toxunduğu dövr, ölçüləri, boyanma xüsusiyyətləri, muzeyə daxil olma tarixi də göstərilib.

 

Mədəniyyət.- 2013.- 9 oktyabr.- S. 15.