Amerika Ticarət Palatası
Bakıda bal təşkil edib
Amerika Ticarət Palatası (“AmCham”) ənənəsinə
sadiq qalaraq palatanın üzvləri üçün Bakıda
növbəti ağ-qara
bal təşkil edib. Bu tədbir
“AmCham”ın sosial təqvimində əhəmiyyətli
hadisələrdən biridir.
Balın
builki mövzusu “Vogue”
jurnalı olub.
Zərifliklə dolğun tədbirdə
“Jan” modalar atelyesinin yeni kolleksiyası və “Ant Hill”dən “Faro”
zinət əşyaları
nümayiş etdirilib,
musiqi və rəqslər isə əyləncə axşamına
xüsusi rəng qatıb.
“Fairmont Baku Flame Towers” hotelində təşkil olunmuş balda diplomatlar, o cümlədən ABŞ-ın
Azərbaycandakı səfiri
Riçard Morninqstar və xanımı - ümumilikdə 500-dən çox
qonaq iştirak edib.
ABŞ-ın Azərbaycandakı səfirinin xanımı Feyt Morninqstar təəssüratları bu sözlərlə ifadə edib: “Tədbir yüksək səviyyədə təşkil olunmuşdu. Foyedəki dekorasiyalar çox sensasiyalı, zaldakı video əyləncəli, yemək ləzzətli, moda nümayişi maraqlı idi. Hesab edirəm ki, tədbir iştirakçıları vaxtlarını mənalı keçirdilər”.
Tədbirin qızıl
sponsorları qismində “Nar Mobile” və “PAŞA Bank”,
gümüş sponsorlar
qismində “Baker Hughes”
və “Ant Hill”dən “Faro”,
bürünc sponsorlar
qismində isə “Lufthansa” və “JW Marriott”, “Philosophy” və “Jumeirah Bilgah Beach”, “Holcim Azerbaijan” və “PricewaterhouseCoopers
(PwC)” şirkətləri
çıxış ediblər.
Mədəniyyət.- 2013.- 11
oktyabr.- S. 5.