Folklor İnstitutunun elmi jurnallarının saytları yaradılıb

 

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutununAzərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlərDədə Qorqudelmi jurnallarının saytları (www.tedqiqler.net www.dede-qorqud.net) yaradılıb.

İnstitutun mətbuat xidmətindən bildiriblər ki, keçən əsrin 60-cı illərindən fəaliyyətə başlamışAzərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlərməcmuəsi ölkəmizdə folklorşünaslıq sahəsində ən nüfuzlu akademik nəşrlərdəndir. Məcmuənin postsovet dövründə cəmi yeddi nömrəsi çapdan çıxıb. Folklor İnstitutu yaradıldıqdan sonra artıq jurnalın çapı sabit dövri xarakter daşımağa başlayıb indiyədək 40 nömrəsi nəşr olunub. Burada çap olunan tədqiqat işləri Azərbaycan folklorşünaslıq elminin simasını əks etdirir.

2001-ci ildən nəşrə başlayanDədə Qorqudjurnalı ümummilli lider Heydər ƏliyevinKitabi-Dədə Qorqudeposunun öyrənilməsi təbliği işinin daim diqqətdə saxlanılması barədə tövsiyə tapşırıqlarının məhsulu kimi ortaya çıxıb. NəşrdəDədə Qorquddastanları ilə bağlı ən son araşdırmalar, elmi qənaətlər rəylər aparıcı yer tutub. Bundan əlavə, jurnalda milli mədəniyyətin digər sahələri barədə yazılar, yeni folklor mətnləri, türk xalqları folklorundan tərcümələr s. yer almaqdadır. “Dədə Qorqud” jurnalının indiyədək 50 nömrəsi dərc edilib.

Jurnalların elektron variantları PDF formasında yerləşdirilib.

 

 

Mədəniyyət.- 2013.- 11 oktyabr.- S. 6.