“Bakı
haqqında etüdlər”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) yeni nəşri - “Bakı haqqında etüdlər” fotoalbomu çapdan çıxıb. Nəşr iki il öncə işıq üzü görmüş “Bakı haqqında 20 etüd” fotoalbomunun yeniləşdirilmiş və təkmilləşdirilmiş variantıdır.
Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilən həmin nəşr peşəkarlar tərəfindən də yüksək qiymətləndirilib. Fotoalbom Azərbaycan Nəşriyyatçılar və Poliqrafçılar İctimai Birliyinin ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr etdiyi I Ümumrespublika “Kitab sənəti” müsabiqəsinin mükafatına layiq görülüb.
Nəfis tərtibatla “Şərq-Qərb” mətbəəsində yenilənmiş variantda çap olunan fotoalbomda Azərbaycan paytaxtının tarixi və bu günü fotolar və lakonik mətnlər vasitəsilə oxuculara çatdırılır. Nəşrdə tanınmış Azərbaycan fotoqrafları ilə yanaşı, Fabrizio Giraldi (İtaliya), Aleksandr Belenkiy (Rusiya), Vitali Yevdokimov (Özbəkistan) kimi xarici fotoqrafların çəkdikləri şəkillər də yer alıb.
Nəşrin ideya müəllifi
AVCİYA-nın prezidenti, millət vəkili
Elxan Süleymanov,
yaradıcı qrupun rəhbəri Fuad Babayevdir.
Mədəniyyət.- 2013.- 11
oktyabr.- S. 7.