Ölkəmiz Mərakeşdə beynəlxalq uşaq festivalında iştirak edib

 

Sentyabrın 27-dən oktyabrın 6-dək Mərakeş Krallığının Rabat şəhərində ikinci beynəlxalq uşaq festivalı keçirilib. Mərakeş şahzadəsi Lalla Məryəmin himayədarlığı ilə gerçəkləşən festivalda Azərbaycanı bu ölkədəki səfirliyimizin əməkdaşının övladları - Rəvan və Fərəhnaz Məmmədbəylilər təmsil ediblər.

Festivala Azərbaycanla yanaşı, Misir, Fələstin və digər ölkələrin nümayəndələri qatılıblar. 1000-ə yaxın uşağın iştirak etdiyi festivalın son günündə Rabat şəhərinin küçələrində karnaval yürüşü keçirilib. Parlament binasının önündə quraşdırılan səhnədə təqdim edilmişNaz eləmə” milli rəqsimiz tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

 

Mədəniyyət.- 2013.- 11 oktyabr.- S. 8.