Qurban bayramı münasibətilə
turlar təşkil edilib
Qarşıdan dünya müsəlmanlarının
müqəddəs Qurban
bayramı gəlir. Bu münasibətlə ölkəmizdə
fəaliyyət göstərən
turizm şirkətləri
bir sıra xarici və daxili turlar təşkil
ediblər.
«Turizm.az» şirkəti Qurban bayramı ilə əlaqədar Azərbaycanın bir neçə turizm potensiallı regionlarına
səfərlər təklif
edir. Şəki şəhərinə reallaşdırılacaq tur
19-20 oktyabr tarixlərində
baş tutacaq. Turun qiyməti 88 manatdır.
Buraya yol xərci, səhər, nahar və şam yeməkləri, «İSSAM» hotelində
gecələmək, ekskursiyalar,
fotosessiya daxildir.
Tur iştirakçıları üçün
Azərbaycanın memarlıq
qoruğu adlandırılan
Şəki rayonu ərazisindəki bir sıra tarixi-mədəni
abidələrə - Şəki
Xan Sarayı, Aşağı və Yuxarı karvansaralar, Kiş kəndindəki qədim alban kilsəsi, Kiş çayının sahilində,
Qaratəpə dağının
zirvəsində «Gələrsən
- görərsən» qalasının
xarabalıqlarına ekskursiya
təşkil ediləcək.
Şirkət tərəfindən daha bir tur Qəbələ
şəhərinə təşkil
edilir. Oktyabrın 15-də nəzərdə tutulan birgünlük turun qiyməti 25 manatdır. Bu qiymətə
nəqliyyat xidməti,
qəlyanaltı, nahar
yeməyi, intellektual, əyləncəli və idman oyunları, o cümlədən «Yeddi Gözəl» şəlaləsinə,
Nohur gölünə
səyahət, «Qəbələnd»
əyləncə mərkəzində
istirahət daxildir.
Bayram münasibətilə
təşkil edilən
turlardan biri də Masallı-Yardımlı
turudur. 26 manat
qiyməti olan tur oktyabrın 16-da gerçəkləşəcək. Səyahət həvəskarlarını «Cənnət bağı» istirahət mərkəzində
nahar yeməyi, İstisu ərazisində gəzinti gözləyir.
Şirkət bayram günlərində Dubaya da turlar
təklif edir. Qiyməti 285 manatdan başlayan turlarda iştirakçılar
öz ciblərinə
uyğun olaraq müxtəlif ulduzlu hotellərdə qala bilərlər. 3 gecə 4 günlük turlar üçün təklif edilən qiymətlərə təyyarə
ilə gediş və qayıdış, nahar yeməyi, hoteldə gecələmə,
aeroportdan qarşılanma
və yolasalma daxildir.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2013.- 11
oktyabr.- S. 9.