Milli Kitabxanada sərgi
Oktyabrın 17-də M.F.Axundzadə adına Azərbaycan
Milli Kitabxanasında Azərbaycanın
dövlət müstəqilliyinin bərpasının 22-ci
ildönümünə həsr olunmuş
“18 oktyabr Müstəqillik Günüdür”
mövzusunda sərgi açılıb. Sərgidə dövlət müstəqilliyimizi əks
etdirən materiallar, müstəqillik illərində
Azərbaycanın inkişafında, dünya
dövlətləri arasında tanınmasında, nüfuz qazanmasında ümummilli
lider Heydər Əliyevin əvəzsiz
xidmətlərindən bəhs edən kitablar
nümayiş etdirilir.
Sərgi oktyabrın 22-dək davam edəcək.
Mədəniyyət.- 2013.- 18
oktyabr.- S. 2.