Yekaterinburqda ölkəmizə həsr olunmuş sərgi
Oktyabrın 16-da Yekaterinburq şəhər kitabxanasında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə “Azərbaycan Respublikası” mövzusunda daimi fəaliyyətdə olan sərgi ekspozisiyasının açılış mərasimi keçirilib.
Layihə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi, ölkəmizin Yekaterinburqdakı baş konsulluğu və Yekaterinburq Şəhəri Administrasiyasının təşəbbüsü ilə həyata keçirilib.
Ekspozisiyada respublikamızın həyatının müxtəlif sahələrini əks etdirən nəşrlər, videomateriallar və CD-lər, ümummilli lider Heydər Əliyev, Azərbaycan dövlətinin tarixi, mədəni irs, incəsənət haqqında kitablar və s. nümayiş olunub. Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulu Sultan Qasımov mərasimi açaraq qeyd edib ki, yeni ekspozisiya Azərbaycan və Sverdlovsk vilayəti arasında dostluq münasibətlərinin genişlənməsinin növbəti mərhələsidir. O, respublikamızla vilayət arasında iqtisadi və humanitar sahələrdə münasibətlərin inkişafından danışıb. Baş konsul Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən və bu qurumun humanitar sahədə həyata keçirdiyi geniş layihələrdən söz açıb.
Açılış mərasimində
RF Xarici İşlər Nazirliyinin
Yekaterinburqdakı nümayəndəliyinin rəhbəri Aleksandr Xarlov, Sverdlovsk vilayəti qubernatoru
administrasiyası rəhbərinin müavini
Vadim Dubiçev, UNESCO-nun Ural-Sibir Mərkəzinin
baş direktoru Yuri Borisixin, Fransanın,
Ukraynanın və Macarıstanın Yekaterinburqdakı baş konsulları çıxış ediblər.
Tədbir iştirakçılarına milli
suvenirlərimiz təqdim edilib.
Mədəniyyət.- 2013.- 18
oktyabr.- S. 3.