Bakı Uşaq Teatrının direktoru İranda ustad dərsləri keçib

 

Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının Mərivan şəhərində VIII Beynəlxalq meydan tamaşaları festivalı keçirilib. Azərbaycanı festivalda Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan təmsil edib. Onun sözlərinə görə, festivala 20 ölkədən 200 tamaşa təqdim olunub. Teatrsevərlər Türkiyə, İraq, Küveyt və digər ölkələrdən teatr kollektivlərinin ifasında 27 tamaşanı izləmək imkanı əldə ediblər: “Mən festivala Azərbaycan teatrı haqqında söhbət etmək və ustad dərsləri keçmək üçün dəvət olunmuşdum. İştirakçılara Azərbaycan teatrı haqında dolğun məlumat verməklə yanaşı, 140 illik tarixi təcrübəsi olan teatrlarımızın təcrübəsindən də ürəkdolusu danışdım”.

 

Mədəniyyət.- 2013.- 18 oktyabr.- S. 5.