Tələbələrimiz beynəlxalq mədəniyyət festivalında

 

Çin Xalq Respublikasında tələbələrin ənənəvi beynəlxalq mədəniyyət festivalı keçirilir.

Festival müxtəlif ölkələrdən olan tələbələrin ünsiyyətini və ali təhsilin qloballaşdırılmasını təşviq etmək, fərqli mədəniyyətlərin qarşılıqlı anlaşmasını yaxşılaşdırmaq məqsədi daşıyır.

Pekindəki Renmin Universitetində keçirilmiş açılış mərasimində Çin Xalq Respublikası Təhsil Nazirliyinin rəsmiləri, universitet rəhbərliyi, bir sıra ölkələrin diplomatları iştirak ediblər. Mərasimdə çıxış edən Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov ölkələr və xalqlar arasında münasibətlərin genişlənməsində mədəni əlaqələrin oynadığı vacib rolu vurğulayıb.

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) Çindəki fəalları Azərbaycan səfirliyinin dəstəyi ilə ölkəmizə aid stendlər nümayiş etdiriblər. Burada Azərbaycanın mədəniyyəti, təbiəti və reallıqlarını əks edən cəlbedici fotoşəkillər, kitabjurnallar, musiqi alətləri, milli geyimlər, əl işləri, həmçinin ölkəmizin turizm imkanları nümayiş etdirilib.

Azərbaycan stendini ziyarət edənlərə milli şirniyyatlarımız təqdim olunub.

 

Mədəniyyət.- 2013.- 18 oktyabr.- S. 8.