Keşikçidağ” ərazisində kurqan açılıb

 

Ağstafa rayonundakı “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində kurqan açılıb.

Arxeoloji tədqiqatda AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədov və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İmaş Hacıyev iştirak ediblər.

Arif Məmmədov bildirib ki, ərazidə aşkarlanan nekropol və hasarlı yaşayış məskənləri burada yaşayışın e.ə. II minilliyin sonu I minilliyin əvvəllərində başlandığını deməyə əsas verir. O, qəbirlərdən birində tədqiqat apardıqlarını, qəbirin yanında maddi mədəniyyət nümunələri olduğunu qeyd edib.

Alim qəbirdəki skeletin təmizlədiyini və gələcəkdə muzey eksponatı kimi istifadə olunmaq üçün üstünün şüşə ilə örtüldüyünü deyib.

 

Mədəniyyət.- 2013.- 18 oktyabr.- S. 11.