Uşaq muğam festivalına yekun vuruldu

 

Oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Gənclər İdman Nazirliyi KainatGənclik Mərkəzinin birgə təşkilatçılığı, Mədəniyyət Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi ilə gerçəkləşən V Beynəlxalq Uşaq Muğam Festivalının yekun konserti qaliblərin mükafatlandırılması mərasimi keçirildi.

KainatGənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə tədbiri açaraq festival barədə məlumat verdi. Bildirdi ki, muğam sənətinin təbliğinə töhfə vermək, gənc istedadları üzə çıxarmaq məqsədiləKainatGənclik Mərkəzinin 1996-cı ildən həyata keçirdiyi respublika miqyaslı uşaq muğam festivalları 2009-cu ildən beynəlxalq formatda reallaşdırılır. Tədbirin coğrafiyası ildən-ilə genişlənir. Bu il festival 11 ölkədən (Azərbaycan, Türkiyə, Misir, İran, Əfqanıstan, İraq, Özbəkistan, Qırğızıstan, Tacikistan, Qazaxıstan Türkmənistan) ifaçıları bir araya gətirib. Tədbirə ilk dəfə İran İslam RespublikasındanTəbrizmuğam qrupu qatılıb.

Gənclər idman naziri Azad RəhimovKainatGənclik Mərkəzinin həyata keçirdiyi bu layihəyə həmişə dəstək verdiklərini bildirdi. Qeyd etdi ki, mədəniyyətimizin gələcəyi belə istedadlı gənclərdən asılıdır. O, muğam festivalının iştirakçılarına yeni uğurlar arzuladı.

Münsiflər heyətinin sədri, Xalq artisti, tarzən Ağasəlim Abdullayev uşaq muğam festivalının əhəmiyyətindən danışaraq, belə tədbirlərin balaca ifaçılar üçün gələcəyə yol, sənət dünyasına açılan qapı olduğunu vurğuladı: “Hər il keçirilən uşaq muğam festivalında qaliblər iştirakçı ölkələrdən təşkil edilmiş münsiflər tərəfindən qiymətləndirilir. Bu gün əminliklə demək olar ki, Azərbaycan muğamının dünyada təbliği sərhəd tanımır”.

Sonra müxtəlif ölkələri təmsil edən iştirakçılar çıxış etdilər, onların ifaları beynəlmiləl tərkibli münsiflər heyəti tərəfindən qiymətləndirildi. Təşkilat komitəsinin qərarı münsiflər heyətinin təklifi əsasında festivalda 1 baş mükafat (“Qran-pri”), 2 birinci, 2 ikinci, 3 üçüncü yer qalibləri müəyyən edildi. Qran-pri mükafatına Azərbaycandan Lalə Səmədova (15 yaş, “Şahnazmuğamı) layiq görüldü. I yer Yunus Avcar (Türkiyə, 12 yaş) Elbəy Etibarlı (Azərbaycan, 13 yaş), II yer Toqja Bakıtova (Qazaxıstan, 12 yaş) Mustafa Sübhi Nuruldin (İraq, 15 yaş), III yer Jırqal Omurzak oğlu (Qırğızıstan, 16 yaş), Ruxsora Oblokulova (Özbəkistan, 12 yaş) Cəbi Mahmudzadəyə (Azərbaycan, 11 yaş) verildi. Daha beş nəfər həvəsləndirici mükafatlarla təltif olundu. Bundan əlavə, təşkilat komitəsi tərəfindən müxtəlif nominasiyalar üzrə (ən kiçik iştirakçı, repertuarına Azərbaycan muğamını daxil etmiş əcnəbi ifaçı s.) mükafatlar təqdim edildi. Bütün iştirakçılar festivalın diplomlarına layiq görüldülər.

 

L.Azəri

 

Mədəniyyət.- 2013.- 23 oktyabr.- S. 4.