Mədəniyyət işçiləri Belarusa səfər ediblər

 

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanovun başçılığı ilə mərkəzin əməkdaşları və musiqi məktəbi direktorlarından ibarət beş nəfərlik heyət oktyabrın 17-də Belarusa səfərə gedib. Oktyabrın 24-dək davam edəcək səfər Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ilə Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında 2010-cu ildə imzalanmış müqaviləyə əsasən gerçəkləşib.

Azərbaycan nümayəndə heyəti universitetinBelarusun bir neçə aparıcı musiqi məktəbində tədris prosesi ilə tanış olub, dəyirmi masa arxasında fikir mübadiləsi aparıb. Azərbaycanlı qonaqlar üçün Belarusun muzeylərinə, tarixi mədəniyyət abidələrinə, dövlət qoruqlarına ekskursiyalar da təşkil olunub. Sonda səfər iştirakçılarına treninq üzrə müvafiq sertifikatlar təqdim olunacaq.

 

Mədəniyyət.- 2013.- 23 oktyabr.- S. 4.