Bayatı

 

Şahin Növrəsli yeni caz layihəsini təqdim edib

 

Oktyabrın 20-də Heydər Əliyev Mərkəzi Azərbaycan musiqisinin, caz sənətinin inkişafı müxtəlif mədəniyyətlərin inteqrasiyası istiqamətində daha bir layihəni reallaşdırıb. Mərkəzdə caz ifaçısı, Əməkdar artist Şahin Növrəslinin "Bayatı" adlı konserti təqdim olunub.

Konsertdə pianoçunun yeni ifaları - müəllif bəstələri, Azərbaycan klassik xalq musiqi əsərlərinə caz improvizasiyaları səslənib.Natəvan üçün noktürn”, “Dəyirmandan vağzala”, “Əlində sazın qurbanı”, “Bayatı-Şiraz”, “Bağa girdim üzüməkimi musiqi parçaları maraqla qarşılanıb.

Gecənin xüsusi qonağı - finlandiyalı müğənni Yanita (Janita) da öz ifaları ilə tamaşaçıların zövqünü oxşayıb. O, repertuarındanSən gözəlsən”, “Üzündəki cizgilər”, “Səssiz”, “Məni aya uçurkimi kompozisiyaları tamaşaçılara təqdim edib.

Pianoçu Şahin Növrəsli 1977-ci ildə Bakıda anadan olub. Musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başlayıb artıq 11 yaşında Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestrin solisti kimi çıxış edib. Azərbaycan muğamı ilə ənənəvi caz ritmlərini sintez edən ifaçı dünyanın müxtəlif ölkələrinə qastrol səfərləri zamanı Keni Viler, Ari Hoeniq, Uday Mazumdar, Allison Miller, Natan Pek, Aleks Pek, Mat Zebroski, Cef Lederer, Con Vikan, Aleksandr Maşin kimi görkəmli musiqiçilərlə birgə çıxış edib, albomlar yazdırıb.

Müğənni və bəstəkar Yanitanın vətəni Finlandiyada 8 albomu işıq üzü görüb. O, Nyu-Yorka köçdükdən sonraSony” ilə müqavilə imzalayaraq dünya səviyyəsində populyarlıq qazanıb. “Mənə yaxşı olacaqdebüt albomunun ardınca “Ömrün fəsilləri”, daha sonraKabus” albomlarını təqdim edib.

 

Mədəniyyət.- 2013.- 23 oktyabr.- S. 5.