Bakıda Beynəlxalq Kulinariya Günü qeyd edildi

 

Oktyabrın 20-də «Astoriya Bakı» hotelində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə Beynəlxalq Kulinariya Gününə həsr edilmiş mərasim keçirildi. Hotelin foyesində kulinariya sənəti nümunələri, milli kulinariya komandası üzvlərinin əl işləri və qida sərgisi təşkil edilmişdi.

Mərasimdə çıxış edən AMKA-nın icraçı direktoru Ceyran Əsgərova bildirdi ki, belə bir günü keçirməkdə əsas məqsəd dünyada kulinariya sənətinin tanıtdırılması və aşpazlığın nə qədər əhəmiyyətli bir peşə olduğunu ictimaiyyətə çatdırmaqdır: «Müxtəlif peşə sahiblərinin bayramı olduğu kimi, bu günüaşpazlar, kulinarlar, ictimai iaşə müəssisələrində çalışanlar bayram kimi qeyd edirlər. Azərbaycan Milli Kulinariya Assosiasiyası artıq 7-ci ildir ki, oktyabrın 20-də belə bir tədbir keçirir. Dünyada isə Beynəlxalq Kulinariya Günü 10 ildir ki, qeyd edilir».

C.Əsgərova kulinarlarımızın ötən il qazandığı uğurlardan da danışdı. Onun sözlərinə görə, ölkəmiz müxtəlif ölkələrdə keçirilən tədbirlərdə, çempionatfestivallarda təmsil edilib: “Komandamız dəfələrlə aşpazlıq yarışlarında qızıl, gümüşbürünc medallar qazanıb. Bundan əlavə, qurum tərəfindən Azərbaycan mətbəx nümunələrinə aid kitabçalar, broşürlər nəşr olunub. Bu çap məhsulları xarici ölkələrdə keçirilən turizm sərgilərində nümayiş etdirilir. Hesab edirik ki, ölkəmizə turist cəlb etməyin yollarından birimilli mətbəximizin lazımi səviyyədə tanıdılmasıdır».

İcraçı direktor qeyd etdi ki, son bir il ərzində Azərbaycan kulinarları ümumilikdə 12 qızıl, 14 gümüş, 18 bürünc medal, 1 kubokonlarla diplom qazanıblar. İki beynəlxalq elmi konfransda, 6 çempionatda iştirak edən komandamız ölkəmizdə də regional mətbəxin öyrənilməsi, Ağcabədi, Qəbələ, Şamaxı və digər regionlara ekspedisiyaların təşkili, milli mətbəximizin təbliği sahəsində də böyük uğurlara nail olublar.

Sonda öz bacarıqları ilə fərqlənən kulinarlara Azərbaycan Milli Kulinariya Assosiasiyasının diplomları, adlar və dərəcələr verildi.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2013.- 23 oktyabr.- S. 9.