Mingəçevir Turizm Kollecində
elmi-nəzəri konfrans
Azərbaycanın dövlət müstəqilliyinin
bərpasının 22-ci ildönümü
münasibətilə Mingəçevir
Turizm Kollecində «Heydər Əliyev və müstəqilliyimiz»
mövzusunda elmi-nəzəri
konfrans keçirilib.
Tədbirdə kollecin direktoru,
professor Əyyub Əyyubov
Azərbaycan xalqının
istiqlal tarixindən söhbət açıb,
dövlət müstəqilliyimizin
möhkəmlənməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini,
dahi şəxsiyyətin
dövlətçilik siyasətinin
Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini vurğulayıb.
Konfransda
«Müstəqilliyimiz əbədi
və sarsılmazdır»,
«Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu»,
«Azərbaycanın turizm
sektorunun müstəqillik
dövründə inkişafı»
və digər mövzularda məruzələr
dinlənilib.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2013.- 23
oktyabr.- S. 9.