Qubada "İlin
kitabxanaçısı” müsabiqəsi üzrə tədbir
Oktyabrın 14-də Quba rayon MKS-nin Mərkəzi kitabxanasının “Oxu zalında” Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "İlin kitabxanaçısı 2013" müsabiqəsinin II turu çərçivəsində “2011-2012-ci illərin yubilyar yazıçıları” rubrikasında Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri MKS-nin direktoru Saməddin Nəsirov açaraq “İlin kitabxanaçısı 2013” müsabiqəsi haqqında məlumat verib. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair Pirəli Rüklü çıxış edərək bu kimi tədbirlərin əhəmiyyətindən danışıb.
MKS-nin informasiya-resurs
şöbəsinin müdiri Vahid Əliyev, yazıçı-publisist, ədəbi
tənqidçi Kərim Dünyamalı görkəmli dramaturqun həyat və
yaradıcılığı haqqında çıxış
ediblər. Bildirilib ki,
Mirzə Fətəli Axundzadə Azərbaycan mədəniyyətinin,
ictimai-siyasi, fəlsəfi, etik və ədəbi fikrinin
ən görkəmli nümayəndələrindən biridir. Milli
dramaturgiyamızın banisi, realist bədii nəsrin yaradıcısı, əlifba
islahatının təşəbbüskarı olan
mütəfəkkir ədibin zəngin və çoxcəhətli
yaradıcılığı ümumşərq və
ümumbəşəri miqyasda əhəmiyyət
kəsb edir.
Mədəniyyət.- 2013.- 23
oktyabr.- S. 15.