Bakının teatr həyatı

 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi tərəfindənBakının teatr həyatıadlı kitab-kataloq nəşr edilib. Nəşrdə muzeyin fondlarında qorunan Azərbaycanın teatr tarixinə, o cümlədən Bakıda fəaliyyət göstərən teatrların tarixinə dair nadir eksponatlar əksini tapıb.

Ölkə PrezidentininAzərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında” 2013-cü il 1 mart tarixli sərəncamından irəli gələn tədbirlər planına əsasən hazırlanan kataloqZiyanəşriyyatında çapdan çıxıb. Nəşrin elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, mətnin müəllifləri Nailə Vəlixanlı tarix elmləri üzrə fəlsəfə doktoru Zərifə Dulayevadır.

Kataloqda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, eləcə müstəqillik illərində əsası qoyulan Bakı Bələdiyyə Teatrı (1992) “Planet Parni iz Baku-KVN” (2000) teatrının fəaliyyətinə dair muzeyin kolleksiyalarındakı materiallar təqdim olunub. Kataloq ümumilikdə yeddi bölmədə təqdim olunan 870 adda eksponatı əhatə edir.

Muzeyin sənədli mənbələr fondunda saxlanılan Azərbaycan teatrının 50 illik yubileyi münasibətilə 1923-cü ildə yubiley komissiyası tərəfindən ərəb qrafikasında nəşr edilmiş “Azərbaycan türk teatrosunun müxtəsər tarixi. 1873-1923” kitabçasının transliterasiyası da kataloqda təqdim olunub.

 

Mədəniyyət.- 2013.- 23 oktyabr.- S. 15.