Mədəniyyət və turizm naziri məşhur fransız aktyoru ilə görüşüb

 

Oktyabrın 23-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan dünya şöhrətli fransız aktyoruprodüseri Jerar Depardye ilə görüşüb.

Nazir qonağı salamlayaraq, onu növbəti dəfə Bakıda görməkdən məmnun olduğunu bildirib, mədəniyyətimizin son illərdə inkişafından, o cümlədən kinematoqrafiya sahəsində görülən işlərdən söz açıb, dövlətin bu sahəyə diqqət göstərdiyini vurğulayıb.

Səmimi şəraitdə keçən görüşdə son dövrlərdə daha da inkişaf edən Azərbaycan-Fransa mədəni əlaqələri, məşhur aktyorla kino sahəsindəki əməkdaşlıq məsələləri və bu istiqamətdə perspektivlər müzakirə edilib.

Jerar Depardye, paytaxtımıza əvvəlki səfərlərində olduğu kimi, bu dəfə də Bakının gündən-günə gözəlləşdiyinin şahidi olduğunu söyləyib, ölkəmizin zəngin mədəniyyətinə heyranlığını deyib.

Sonda qonaq səmimi qəbula görə nazirə minnətdarlığını bildirib.

* * *

Qeyd edək ki, fransız şirkəti tərəfindən 2014-cü ildə Braziliyada keçiriləcək FİFA dünya çempionatının 100 illiyinə həsr olunmuş “F2014” adlı film çəkilir. Filmin çəkilişləri Braziliya, Fransa, İsveçrə ilə yanaşı, Azərbaycanda da aparılır.

Ölkəmizdə reallaşan çəkilişlər Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən həyata keçirilir. Ekran əsərində Beynəlxalq Futbol Federasiyasının Prezidenti Jül Rime rolunu fransız aktyoru Jerar Depardye canlandırır.

 

 

Mədəniyyət.- 2013.- 25 oktyabr.- S. 3.