“Arşın mal alan”ın 100 illik yubileyinə həsr olunmuş konfrans
Oktyabrın 23-də dahi bəstəkar
Üzeyir Hacıbəylinin
ev-muzeyində “Arşın
mal alan” operettasının 100 illik
yubileyinə həsr olunmuş konfrans keçirilib. Konfransda Bakı Musiqi Akademiyasının (BMA) professoru,
Əməkdar incəsənət
xadimi Zemfira Qafarova Üzeyir Hacıbəylinin mənalı
ömür yolundan və zəngin yaradıcılığından söhbət açıb,
oktyabrın 25-də bəstəkarın
“Arşın mal alan” operettasının
100 yaşının tamam
olduğunu diqqətə
çatdırıb. Qeyd
edib ki, operetta dünyanın müxtəlif
nüfuzlu teatr səhnələrində tamaşaya
qoyulub, bu yaxınlarda Parisdə -
UNESCO-nun mənzil-qərargahında “Arşın mal alan”ın
100 illiyinə həsr
edilmiş bayram tədbiri keçirilib.
Konfransda
Əməkdar incəsənət
xadimi, professor İmruz
Əfəndiyevanın “Üzeyir
Hacıbəylinin musiqi
harmoniyası”, muzeyin böyük elmi işçisi Sevinc Aqilqızının “Üzeyir
Hacıbəylinin “Arşın
mal alan operettasının
nəşrlərindəki dəyişikliklər”,
BMA-nın magistrantı
Humay Fərəcovanın
“Arşın mal alan operettasında Üzeyir Hacıbəylinin şairlik
istedadı”, muzeyin ekspozisiya şöbəsinin
müdiri Gülnarə
Ələsgərovanın “100 illik səhnə yolu”, BMA-nın dosenti Könül Nəsirovanın “Arşın
mal alan” - oyun daxilində oyun” məruzələri dinlənilib.
Bəstəkar Rauf Əliyev
və başqa çıxış edənlər
Azərbaycan mədəniyyətinin,
teatrının həyatında
mühüm rol oynamış əsərin
möhtəşəmliyindən söhbət açıblar.
Tədbir iştirakçıları
“Arşın mal alan”ın 100 illik səhnə həyatını
işıqlandıran sərgi ilə tanış olublar.
Mədəniyyət.- 2013.- 25
oktyabr.- S. 3.