“Jazz
dünyası”nın növbəti sayı çapdan
çıxıb
“Jazz dünyası” jurnalının payız-qış nömrəsi çapdan çıxıb. Jurnalın baş redaktoru Leyla Əfəndiyevadır. Rus və ingilis dillərində nəşr olunan jurnalın yeni sayı maraqlı yazıları, müsahibələri və xəbərləri ilə oxucularının görüşünə gəlib.
Jurnal bəstəkar, cazmen Cəmil Əmirovun müsahibəsi ilə başlanır. “Təhsil” rubrikasında tanınmış gənc caz ifaçıları Aysel Quliyeva, Səbinə Hacıyeva ilə müsahibə də oxucular üçün maraqlı olacaq.
“Magikanes” rubrikası ABŞ-ın görkəmli caz ifaçısı Kaunt Beysiyə həsr edilib. Bu ilin yayında vaxtsız dünyasını dəyişmiş şair, yazıçı, publisist, məşhur caz tənqidçisi Rövşən Sənanoğlunun xatirəsinə həsr olunmuş məqalə də bu nömrədə yer alıb.
Bu il
Almaniyanın Bremen şəhərində
keçirilmiş “Jazzahead!”
sərgisində ölkəmizi “Jazz
dünyası” jurnalı təmsil edib.
Artıq üç ildir
ki, bu beynəlxalq tədbirdə
iştirak edən jurnal
tərəfindən sərgidə təqdim olunmaq
üçün “Jazz
from Azerbaijan” diski buraxılıb. Sərgi haqqında geniş məlumatı jurnalın səhifələrindən
öyrənmək mümkündür.
Mədəniyyət.- 2013.- 25
oktyabr.- S. 4.