Firəngiz
Əlizadə Amerika-Almaniya layihəsində
Almaniyanın təşəbbüsü ilə görkəmli amerikalı bəstəkar Con Keycin 100 illiyi münasibətilə 2012-ci il “Keyc ili” elan edilmişdi. “Mega-music” layihəsi çərçivəsində Con Keycə həsr edilən əsərlər yazılıb, hər bəstəkar öz üslubunu saxlamaqla özündən əvvəlki həmkarının not sətirlərini davam etdirib. Layihədə Almaniyanın və Amerikanın 100-dək tanınmış bəstəkarı yaxından iştirak edib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə də almaniyalı bəstəkarların siyahısına daxil edilib. Layihə təşkilatçılarının bu seçimi təsadüfi deyil. Çünki keçmiş SSRİ-də Con Keycin “Sonatalar və interlüdiyalar” əsəri ilk dəfə məhz Firəngiz Əlizadənin ifasında səsləndirilib.
Müasir musiqinin
ən yeni texnologiyalarının əks olduğu “Mega-music” layihəsinin
premyerası Nyu-York şəhərində
“Miller-Theatre”ın böyük zalında Riçard Qarrikin dirijorluğu ilə baş
tutub.
Mədəniyyət.- 2013.- 30
oktyabr.- S. 5.