Moskvada Nigar Rəfibəylinin 100 illiyi qeyd olunub

 

Moskva Millətlər Evində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyi qeyd olunub. Moskva Beynəlxalq Əməkdaşlıq, Milli Siyasət Dini Qurumlarla Əlaqə Departamenti, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva bölməsi OcaqAzərbaycan Mədəniyyəti Cəmiyyətinin birgə təşkil etdikləri gecədə şairin oğlu, Xalq yazıçısı Anar iştirak edib.

AYB-nin Moskva bölməsinin sədri, professor Tofiq Məlikli gecəni açaraq görkəmli şəxsiyyət, təkrarsız lirik şeirlər müəllifi Nigar Rəfibəylinin həyat yaradıcılığından geniş söhbət açıb. Bildirib ki, Nigar Rəfibəylinin poeziyasını saf qəlbin poeziyası adlandırmaq olar bu poeziya əbədi yaşayacaq.

Moskva Dövlət Linqvistika Universitetinin müəllimi, professor Bella Musayeva qeyd edib ki, Nigar Rəfibəyli insan qəlbinin ən gizli guşələrinə yol tapa bilən sənətkardır. Onun bütün şeirlərində təbiətə, dünyaya, Vətənə, övlada sevgidən bəhs olunur.

Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova azadlığı tərənnüm edən Nigar Rəfibəyli poeziyasında həm əsl Şərq qadınına məxsus müdriklik olduğunu vurğulayıb.

Gecədə şairlərdən İlham Bədəlbəyli, Nəsib Nəbioğlu, Nilufər Şıxlı, tərcüməçilər ədəbi tənqidçilər Nigar Rəfibəylinin yaradıcılığından danışıb, xatirələrini bölüşüblər.

AYB-nin sədri, Xalq yazıçısı Anar bildirib ki, şairin Azərbaycandan kənarda yubiley tədbiri ilk olaraq Moskvada təşkil olunub. Bu da təsadüfi deyil. Nigar Rəfibəyli ötən əsrin 30-cu illərində Moskva Pedaqoji Universitetində təhsil alıb.

Xalq yazıçısı ailəsi adından yubiley gecəsinin təşkilatçılarına təşəkkür edib.

Gecədə Moskva şəhər 157 nömrəli məktəbin şagirdlərinin, Moskva Dövlət Linqvistika Universitetinin Azərbaycan dili bölməsi tələbələrinin, habelə Rusiya paytaxtındakı “Dərviş” teatrının aktyorlarının ifasında Nigar Rəfibəylinin şeirləri, sözlərinə yazılmış mahnılar səslənib.

 

 

Mədəniyyət.- 2013.- 30 oktyabr.- S. 6.