Ölməz könül, ölməz əsər

 

Dahi Üzeyir bəyin “Arşın mal alanmusiqili komediyasının 100 illiyi Bakıda, AnkaraVyanada konsertpremyera ilə qeyd olunub

 

Oktyabrın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin “Arşın mal alanmusiqili komediyasının 100 illik yubileyinə həsr edilmiş konsert-tamaşa nümayiş olunub. Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında musiqili komediyadan parçalar səsləndirilib.

Tamaşanın musiqi rəhbəri və baş dirijoru Xalq artisti, professor Ağaverdi Paşayevdir.

Təqdimatdan əvvəl jurnalistlərə müsahibə verən A.Paşayev deyib: “1913-cü il oktyabrın 25-də Bakıdakı “Tağıyev teatrı”nda ilk dəfə səhnələşdirilən “Arşın mal alan” operettasının 100 ildən sonra konsert-tamaşa formasında tamaşaçılara təqdim edilməsi ölməz sənət incisinə olan sonsuz sevginin göstəricisidir. 2013-cü ildə UNESCO-nun qərarı ilə “Arşın mal alan”ın 100 illik yubileyi beynəlxalq miqyasda qeyd edilməkdədir. Bu hər bir azərbaycanlı üçün qürurvericidir”.

Gecədə təqdim olunan konsert-tamaşada Əsgər obrazını Xalq artisti Azər Zeynalov, Gülçöhrəni isə Əməkdar artist İnarə Babayeva canlandırıb.

 

* * *

Dahi bəstəkarın ölməz operettası 100-cü ilində Ankara Dövlət OperaBalet Teatrında səhnələşdirilib və bu sənət ocağının repertuarına daxil edilib. Azərbaycan Dövlət OperaBalet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşanın Ankara Dövlət Rəsm və Heykəl Muzeyinin opera səhnəsində premyerası anşlaqla keçib.

Üzeyir Hacıbəylinin ecazkar musiqisini Mustafa Ərdoğanın dirijorluğu ilə Ankara OperaBalet Teatrının simfonik orkestri böyük ustalıqla səsləndirib. Gülçöhrə rolunun ifaçısı Dolun Erdener və Əsgər obrazını canlandıran Emrah Sözər də milli koloritimizin təcəssüm etdirilməsinə xüsusi diqqət yetiriblər. Türkiyənin tanınmış xoreoqrafı Dəniz Çığın milli rəqslərimizin hazırlanmasında göstərdiyi böyük səylər də tamaşaçıların rəğbətinə səbəb olub. Ankara auditoriyası yaradıcı kollektivi ayaq üstə alqışlayıb.

 

* * *

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “Arşın mal alan” operettasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Mərkəzin rəhbəri Leyla Qasımova çıxış edərək bildirib ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz sənət incisinin nümayiş olunduğu şəhərlər siyahısında dünya klassik musiqisinin paytaxtı Vyana da var. 2006-cı ildə Vyana Kamera Operasında avstriyalı aktyor heyətinin iştirakı ilə əsər alman dilində təqdim olunub.

Çıxışlardan sonra Azərbaycan kino tarixinin ən dəyərli incilərindən olan “Arşın mal alanfilmi (1945) nümayiş etdirilib.

 

Mədəniyyət.- 2013.- 30 oktyabr.- S. 7.