Turizm İnstitutu Elmi Şurasının iclası

 

Azərbaycan Turizm İnstitutu (ATİ) Elmi Şurasının iclası keçirilib. İnstitutun mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, iclasda ali təhsil ocağının tədris işləri üzrə prorektoru Eldar Aslanovun 2013-2014-cü dərs ilinin əvvəlində tədrisin vəziyyəti, insan resursları şöbəsinin müdiri Aftandil Bayramovun həmin dövrdə professor-müəllim heyətinin komplektləşdirilməsi ümumi şöbənin müdiri Vüsal Xəlilovun rəhbəri olduğu strukturun son 6 ayda fəaliyyəti ilə bağlı məruzələri dinlənilib.

Elmi Şuranın gündəliyinə daxil edilən məruzə çıxışlar, o cümlədən cari məsələlərin geniş müzakirəsindən sonra verilən təkliflər nəzərə alınmaqla, ümumilikdə, fəaliyyət qənaətbəxş hesab edilib.

İclasda həmçinin 2013-2014-cü dərs ilində tədrisin keyfiyyətcə artan xətlə yüksəldilməsi, professor-müəllim heyətinin səylərinin artırılması mövcud komandanın komplektləşdirilməsi işinin daha da təkmilləşdirilməsi qərara alınıb.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 30 oktyabr.- S. 9.