TÜRKSOY fotoqraflarının görüşü başa çatır

 

   Sentyabrın 11-də saat 18:00-da Bakıdakı “Qalereya 1969” salonunda TÜRKSOY-un “Fotoqraflar görüşü”nün yekun sərgisi keçiriləcək. Sentyabrın 2-də Bakıda başlanan görüşə türkdilli ölkələri təmsil edən 14 fotoqraf və 6 azərbaycanlı foto ustası qatılıb. Azərbaycan Respublikası Mədəniyyət və Turizm NazirliyininTÜRKSOY-un birgə təşkilatçılığı ilə keçirilən görüş iştirakçılarının bir həftə müddətində Bakıda və respublikanın bölgələrində lentə aldıqları foto əsərlərindən seçilmiş nümunələr sərgidə nümayiş etdiriləcək. Tədbir TÜRKSOY təşkilatının 20 illiyinə həsr olunur.

 

Mədəniyyət.- 2013.- 11 sentyabr.- S. 2.