“Azərbaycan evi” ölkəmizi layiqincə təmsil edib
Fransanın paytaxtı Parisdə Cəmiyyətlər Forumu keçirilib. Azərbaycanın Fransadakı səfirliyinin və İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Parisdə fəaliyyət göstərən “Azərbaycan evi” forumda ölkəmizi layiqincə təmsil edib.
Tədbir iştirakçılarına və qonaqlara zəngin milli mətbəximizin şirniyyat nümunələri təqdim olunub. Fransa Milli Assambleyasının deputatı Klod Goaskan “Azərbaycan evi”nin nümayəndələrinə minnətdarlığını bildirib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. Merə əl işlərindən ibarət hədiyyələr verilib.
Forum
iştirakçıları ölkəmizə böyük
maraq göstərib, Azərbaycan
haqqında geniş məlumat əldə
ediblər. Tədbir “Azərbaycan evi”nə yerli
təşkilatlarla tanışlıq və əməkdaşlıq
imkanları yaradıb.
Mədəniyyət.- 2013.- 11
sentyabr.- S. 9.