“YARAT!”
uşaqların sərgisini təqdim edib
Sentyabrın 8-də Müasir İncəsənət Muzeyində “YARAT!” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə uşaqların yaradıcılıq sərgisi açılıb. Ekspozisiya oktyabrın əvvəlinədək sənətsevərlərin ixtiyarında olacaq.
Tədbirdə “YARAT!” qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudova nümayiş olunan sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, sərgi “YARAT!” Müasir İncəsənət Məkanı tərəfindən təşkil edilən ustad dərslərinin nəticəsi olaraq açılıb.
Sərgidə
iştirak edən 5-12 yaşlı balacalar iki ay
müddətində peşəkar rəssamların rəhbərliyi
altında yaradıcı düşüncə tərzini, kompozisiya, keramika, kollaj, batika kimi texnikaları mənimsəyiblər. 30
uşağın iştirak etdiyi sərgidə müxtəlif
mövzuları əhatə edən 100-ə yaxın əl
işi sənətsevərlərin
ixtiyarına verilib. Sonra
sərginin iştirakçılarına xüsusi
hədiyyələr təqdim olunub.
Mədəniyyət.- 2013.- 11
sentyabr.- S. 12.