Azərbaycanlı müğənni “Şərq bazarı”nın qalibi olub

 

   Ukraynanın Krım Muxtar Vilayətinin Sudak şəhərində IX “Şərq bazarı” (“Vostocnıy bazar”) beynəlxalq etnik, folklorvokal musiqi festivalı keçirilib.

   Azərbaycanlı müğənni Aqşin Abdullayev 24 iştirakçı arasında ən yüksək bal toplayaraq vokal ifaçılığı üzrə festivalın qalibi olub.

   Şərqi Avropanın məşhur musiqi yarışmalarından olan “Şərq bazarı” festivalı Mədəniyyət Nazirliyinin himayəsi altında keçirilir. Festival canlı yayımda TRT-Avaz, STB (Belarus), BRT (Şimali Kipr), Journal TV (Moldova-Rumıniya) və digər kanallarda nümayiş olunub.

   Qeyd edək ki, festivalın münsiflər heyətində azərbaycanlı müğənni Roza Zərgərli və “Şərq bazarı - 2012”nin Qran-pri mükafatçısı Cəlal Abbasov da yer alıblar. Roza Zərgərli sentyabrın 8-də festivalın qala-konsertində canlı ifa ilə çıxış edib.

 

Mədəniyyət.- 2013.- 11 sentyabr.- S. 12.