Gənc rəssamın rəsmləri Macarıstanın poçt markalarında

 

   Rəssam Çingiz Mehbalıyevin müəllifi olduğu 6 rəsm əsəri Macarıstanın paytaxtı Budapeşt şəhərində poçt markalarının üzərində çap olunub. Xatirə markasının üzərində “ChingizART in Budapest - 2013” yazısını, rəssamın müəllifi olduğuMuğam kompozisiyası” rəsmini və Budapeşt şəhərinin müxtəlif mənzərələrini görmək mümkündür.

   Digər markalarda isə rəssamın “Vaqif Mustafazadə”, “Deqradasiya”, “Romantik muğam”, “İmadəddin Nəsimi” və “Siyavuşun obrazı” rəsmləri əks olunub.

   Çingiz Mehbalıyev rəsmləri Macarıstanda və ümumilikdə, Avropada poçt markaları üzərində çap olunan ən gənc azərbaycanlı rəssamdır. Bu il iyulun 9-13-də rəssamın Budapeştdə fərdi rəsm sərgisi keçirilib.

 

Mədəniyyət.- 2013.- 13 sentyabr.- S. 2.