Azərbaycanlı alim ölkəmizin İrandakı səfirliyinə 1000 nüsxə kitab hədiyyə edib

 

   Filologiya elmləri doktoru, professor Teymur Əhmədov ölkəmizin İran İslam Respublikasındakı səfirliyinin kitabxanasına öz şəxsi kitabxanasından 1000 nüsxə müxtəlif məzmunlu ictimai-siyasi, elmi-kütləvi kitab hədiyyə edib.

   Bununla bağlı səfir Cavanşir Axundov alimə təşəkkür məktubu ünvanlayıb. Məktubda bildirilir ki, professor Teymur Əhmədovun bu qiymətli hədiyyəsi ölkəmizin İrandakı səfirliyinin kitabxana fondunun zənginləşdirilməsinə, Azərbaycanın xaricdə daha yaxından tanınması və təbliğinə xidmət edir. Səfir, eyni zamanda, əmin olduğunu bildirir ki, professor Teymur Əhmədovun bu təşəbbüsü geniş əks-səda doğuracaq.

 

Mədəniyyət.- 2013.- 13 sentyabr.- S. 2